Yolu süpürən qadının öldürülməsi ilə bağlı cinayət işi başlanılıb
Bakıda yolu süpürən qadının avtomobillə vurularaq öldürülməsi hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə cinayət işi başlanılıb.
AzNews.info Report-a istinadən xəbər verir ki, Sabunçu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Xatırladaq ki, hadisə fevralın 4-də saat 8 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində, Bakı Olimpiya Stadionun qarşısında qeydə alınıb. Burada müəyyən edilməmiş avtomobillə yolu keçən 35-40 yaşlı qadın vurulub. Nəticədə piyada hadisə yerində ölüb.
Mənbə:> Report