Bakıda Mercedes komandası cərimələndi
Formula-1-in Mercedes AMG komandası Bakıda cərimələnib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən sərbəst yürüş zamanı Mercedes AMG komandasının pilotu Valtteri Bottas pit-leyndə bolidi idarə edərkən həmin ərazidə qoyulan sürət həddini aşıb (pit-leyndə icazə verilən maksimal sürət 80 km\s).
Belə ki, V. Bottas bolidi 90,4 km\s sürüb. Bunun nəticəsində Mercedes AMG komandası 1000 avro cərimə olunub.
Mənbə:> Oxu.Az