Formula 1 üzrə Avropa Qran-prisində sonuncu sərbəst yürüşü başa çatdı
Bakıda keçirilən Formula 1 üzrə Avropa Qran-prisində sonuncu sərbəst yürüşü başa çatıb.
Oxu.Az xəbər verir ki, pilotlar 1 saat ərzində Bakı küçələrində öz məharətlərini nümayiş etdiriblər.
Yarışın nəticəsinə əsasən, ən yaxşı göstərici “Mercedes”in pilotu Lüis Hamiltona məxsusdur.
Bu dəfə pilot 1:44.532 dəqiqəlik göstərici nümayiş etdirib.
Niko Rosberqi komanda yoldaşı L.Hamilton izləyir.
Üçüncü pillədə “Force İndia”ın pilotu Niko Hülkenberq qərarlaşıb.
Qeyd edək ki, yarış zamanı qəza baş verib. Belə ki, ,,Sahara Force,, komandasını pilotu Sergio Perez idarəetməni itirərək bolidi maneə vurub.
Xatırladaq ki, yürüşün ən yüksək göstəricisi dünən “Scuderia Toro Rosso”nun pilotu Karlo Sayntsın aktivinə yazılıb. 22 yaşlı pilot 351 km/saat sürətə nail olub.
Mənbə:> Oxu.Az