Bakıda “Formula-1” yarışlarında yeni sürət rekordu » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, İdman, Avto

Bakıda “Formula-1” yarışlarında yeni sürət rekordu

Bakıda “Formula-1” yarışlarında yeni sürət rekordu


“Williams”ın pilotu, finlandiyalı Valtteri Bottas Bakıda keçirilən “Formula 1” yarışlarının Avropa Qran Prisinin təsnif yürüşlərində “kral yarışları”nın yeni sürət rekordunu müəyyən edib.

Oxu.Az xəbər verir ki, Bakıda 2,2 km-lik düz yolda Bottas sürəti 378 km/s qədər artırıb. Yarışların ilkin rekordu 2005-ci ildə Montsda müəyyən edilmişdi. Belə ki, həmin vaxt “McLaren”in pilotu Xuan Pablo Montoya bolidin sürətini 372,6 km/s qədər yüksəldib.

Yolun memarı German Tilke sürətin bu göstəricisinə təəccüblənib. Yarışlara qədər pilotların sürəti maksimal olaraq 340 km/s həddə çatdıracaqları ehtimal edilirdi.

Bu sürəti komandaların özləri də gözləmirdi, Bakı yolunun simulyatorlarında işdən sonra hesablamalarda maksimal sürət 345-350 km/s göstərilirdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *