German Tilke: Bakıdakı “Formula-1” trası dünyada ən sürətlisi olacaq
Azərbaycanın paytaxtında iyun ayında keçiriləcək “Formula-1” Avropa Qran Pri-sində Baku City Circuit trası dünyada bütün şəhər trasları arasında ən sürətlisi olacaq.
Oxu.Az xəbər verir ki, bunu German Tilke Baku City şirkətinin saytında yerləşdirilən müsahibəsində deyib. Qeyd edək ki, məhz onun layihələri əsasında “Formula-1”in əksər trasları qurulur.
Layihəçinin sözlərinə görə Bakı şəhər trası digər traslardan bir çox amillərə görə fərqlənir: "Bu, dünyada ən sürətli şəhər trası olacaq. Bu trass şəhərin tarixi mərkəzi ətrafında qurulub ki, bu da istər tribunalarda əyləşən, istərsə də evlərində “Formula-1”i seyr edənlər və sevənlər üçün təkrarolunmaz maraqlı bir atmosfer yaradacaq".
Tilkenin sözlərinə görə, Bakıdakı “Formula-1” trası nadirdir:
“Bakı mərhələsi təqvimdə ən həyacanlı mərhələlərdən biri olacaq. Əlbəttə, Bakıdakı trası digər traslarla müqayisə etmək olmaz, çünki şəhərin içində qurulub. Bununla yanaşı, digər şəhər traslarından fərqlənir. Bizim hesablamalara görə, bir dairəni keçmə müddəti təxminən 1 dəqiqə 41 saniyə təşkil edəcək, lakin əlbəttə ki, bu, yarışçıların hazırlığından asılı olacaq. Trasda ən mürəkkəb döngələrdən biri 8-ci olacaq, burada maksimum sürət saatda 204 kilometr olacaq. 8-ci ilə 9-cu döngələr arasındakı məntəqədə minumum sürətin saatda 86 kilometr olacağı gözlənilir”.
Onun sözlərinə görə, bu tras tarixi və müasir Bakı arasında ahəngdarlığı nümayiş etdirmək üçün məxsusi qurulub.
Xatırladaq ki, “Formula-1” Avropa Qran Prisi Bakıda 2016-cı il iyunun 17-19 da keçiriləcək.
Mənbə:> Oxu.Az