Bakının mərkəzi küçələri bağlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman

Bakının mərkəzi küçələri bağlandı

Bakının mərkəzi küçələri bağlandı

Formula 1 yarışı standartına cavab verən yollar sakinlərin istifadəsində olacaq.

Dekabr ayının 1-dən etibarən Xaqani küçəsinin Rəşid Behbudov prospekti ilə kəsişməsi asfalt örtüyünün təmirinə bağlanıb.

Bu barədə Bakı Şəhər Halqasından Oxu.Az-a məlumat daxil olub.

Məlumatda qeyd olunub ki, təmir işlərinin bu gün yekunlaşması nəzərdə tutulub.

"Paytaxt sakinlərinin hərəkətinə yaranan məhdudiyyəti azaltmaq üçün təmir işləri mərhələli şəkildə aparılır. Belə ki, Xaqani küçəsinin Azadlıq prospekti ilə kəsişməsi növbəti gün, dekabr ayının 2-də, eynilə, bir gün müddətinə bağlı qalacaq".

Qeyd edək ki, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

Yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *