Azərbaycan teatrının yaratdığı obrazlar ilə sevilən aktyoru Fuad Əhmədovsuz 13 il – VİDEO
Əslində insanlar çox fərqli olur lakin bəzəndə oxşar və hərkəsdən seçilən olurlar. Seçilənlər yaddaşlarda elə bir iz qoyurlar ki, bir daha onu silmək olmur tarix boyunca həmin insanlar xatırlanır. Həmdə onlar özlərindən sonra cəmiyyətə, öz ətraf mühitlərinə elə bir təkrarsız iz qoyur ki, hətda onları təkrarlamaq qeyri-mümkün alınır çünki, onlar individual və öz çevrəsindən daima bir pillə qabaqda olurlar.
İngilis yazar ( Con Berqerin ) belə bir sözü var " İnsanlar iki mühitə bölünür yaradıcı insanlar və qurucu insanlar. Yaradıcı insanlar daima durmadan yaradır ki, özündən sonrakı nəsillər onu ehtiramla xatırlasın. Qurucu insanlar isə hər vəziyyətdən, və hər yaranan mənfi-müsbət andan təsirlənərək qurur yaradır. Bax bu insanlar tarixdə həm seçilən, həmdə örnək olurlar” . Əslində Con Berqer bu sözü əbəs yerə deməyib doğrudandan yaradıcı və qurucu insanlar cəmiyyəti həm formalaşdırır həmdə ona töhfələr verir. Hər sahənin çətinliyi olur, hər sahədə istənəməyən olunur, yada hər sahədə həvəsdən salmağa çalışan insan olur olacaqda lakin bax o seçilənlər yəni yaradıcı və qurucu insanlar üçün bu heçdə böyük hadisəyə çevrilmir. Onlar hətda həmin insanlarada nəsə öyrətməyə çalışırlar çünki, bu tip insanlar doğulduğu andan seçilən olur.
Azərbaycandada hər sahədə olduğu kimi mədəniyyətindədə belə insanlar çoxdu yaradıcı və qurucu. Bizim mədəniyyətimiz incəsənətimiz elə gözəldir zənnimcə bütün xalqların mədəniyyətindən seçilir. Azərbaycan kinomotoqrafiyasında bu günədək o, qədər incəsənətimizə, mədəniyyətimizə töhfə verənlər olub. İstər teatr istərsə kinolarımızı bizə bəxş etdiyi və bu günədək unudulmayan tarixə yazılan incilərimiz olub. Azərbaycan teatrı Mirzə Fətəli Axundovun 1873-cü ildə "Lənkəran xanın vəziri” tamaşası ilə kinomotoqrafiyamızsa 1898-ci ildən bu günədək onlarca yaradıcı şəxsiyyətlər bəxş edib. Hər birinin ayrı-ayrı cizgisi olsada bir nöqtədə birləşdiyi məqam onların yaradıcı və qurucu olmasıdır.
Belə yaradıcılarımızdan biridə Azərbaycan kinosuna və teatrına böyük və bu günədək unudulmayan töhfələri olan Fuad Məhəmmədəli oğlu Əhmədov’dur . Fuad Əhmədov 1949-cu il avqustun 20-si Şamaxının Çaylı kəndində anadan olub. O, doğulduğu andan seçilənlər və unudulmayan şəxsiyyətlər arasında yaratdığı müxtəlif obrazları ilə yadda qalıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətidə başa vuran Fuad Əhmədov 1974-cü ildə Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasına daxil olur. Konservatoriyada təhsil aldığı müddət ərzində dövlət filarmoniyasının xor kopellasında vokalist kimi fəaliyyət gostərir. 1978- ci ildə təhsilini başa vurduqdan sonra təyinatını " Musiqili Komediya Teatrına” alır orada vokalist işləyir. Eyni zamanda işlədiyi müddət ərzində bir çox rollarda oynayır. 1988 - 1996-ci ilərdə H.Bağırovun yaratdığı Bakı Bələdiyyə "Tənqid-Təbliq” teatrında aktyor kimi fəaliyyət gostərib. 1996 ci ildən yenidən Musiqili Komediya Teatırına qayıtmış və ömrünün sonuna kimi solist-vokalist aktyor eyni zamanda Rus Bölməsi üzrə Aktyor Truppasının müdiri kimi fəaliyyət göstərmişdir. Fuad Əhmədovun bu günədək rol aldığı filmlər, oyandığı tamaşalar bu günədəkdə izlənilir. Onun çəkildiyi bir çox filmlər və həmin filmdə olan mövzular günümüzdədə aktualdır. "Şirbalanın sonuncu məhəbbəti”, Yük, Qəzəlxan kimi filmlərdə canlandırdığı obrazlar bu gündə maraqla izlənilir. Həmdə bir sıra tamaşalarda bizlərə sağlam və düşündürü gülüş bəxş edib oynadığı tamaşalar "Qaynana"-da İlqar, "Hələlik"-də Hörmətzadə, "İmtahanda"da Məktəb direktoru , "Bankir Adaxlı"-da Zaur, "O olmasın Bu olsun"da Rüstəm bəy ,"Nəğməli könül"də Aslanı böyük profisianllıqla canlandırıb. Bu günədək yaddlarda elə iz qoyub ki, təkrarsız öz dəstixətinə uyğun bunlardan təkcə , "O olmasın Bu olsun"da Rüstəm bəy, "Bankir Adaxlı"-da Zaur, "Hələlik"-də Hörmətzadə indiyə qədərdə öz aktuallığını qoruyub saxlayıb. Əslində film və teatr real həyatdan götürülən nümunədir onu daha xoş, daha baxılan, daha zövqlü edənsə həmin əsərə həyat verən aktyordur məs Fuad Əhmədovda belə aktyorlardan idi. O, yaradıcı və qurucu idi o, bu günün gəncliyinə və incəsənət sahiblərinə əsl sənəti öyrədən aktyor idi. Təəssüf ki, zaman onu yaxınlarından və biz tamaşaçılarında çox vaxtsız ayırdı . Çünki, hələ onun yaradacağı bir çox rollar olacaqdı lakin qısa lakin unudulmaz ömür yaşamaq, seçilmək, ətrafına, çevrəsinə, o cümlədən xalqına və cəmiyyətinə ən böyük, ən yadda qalan anlar bəxş etməyi. Bugünüdək onu unudulmayan, yaradıcı və qurucu insanlar cərgəsində edir. O, 2004-cü il mayın 10-da ürək çatışmazlığından vəfat etdi. Lakin buna baxmayaraq hələdə onun yaratdıqları danışılır və yaddaşlarda silinməz olaraq qalır.
Mənbə:> AzNews.info