“Burdan bir Fuad keçdi” Afaq Bəşirqızı – VİDEO
Azərbaycanın xalq artisti Afaq Bəşirqızı AzNews.info-ya mərhum aktyor Fuad Əhmədov haqqında danışdı.
"Fuad Əhmədov teatrın içtimai işlərində çox fəal iştirak edirdi və eyni zamanda o, işləri aparırdı. Qısa ömründə bir aktyor kimi mənim zənnimdə özünü təsdiq edə bilmədi. Özünə məxsus rolları var idi, oyanyırdı amma qayğıları o qədər çox idi ki, bəlkədə o, aktyor kimi özünü təkmilləşdirə bilmirdi. Çünki, teatrın qayğıları "Tənqid-Təbliq” teatrının qayğıları, istərsədə Musiqili Komediya Teatrının qayğıları onun öhdəsində idi. Amma bir çox aktyorlara məxsus olmayan xasiyyəti var idi sözü bütöv adam idi, ağır təbiyyətli idi. Onun çox istedadlı oğlu var İlkin Əhmədov. Sanki, allah onun bütün əzalarındakı istedadı yığıb İlkinə veribdir. İlkin həddindən ziyadə çox istedadlı övladdır. Mən onun üçün çox qayğılanıram ki, İlkin necə olacaq? Çünki, İlkin çox qeyri adi istedada, qeyri adi səsə malikdir. Mənim imkanlarım olsaydı ona çox qayğı göstərərdim, onun konsertlərini edərdim. Rusiyanın məşhur aktyoru Qalkin çox istedadlı parodistdir. Amma İlkin heçdə Qalkindən geriqalan aktyor olmaz əgər onun üzərində işlənilsə.
Fuad qəfildən getdi mən ona çox hörmət edirdim iki tamaşada tərəf müqabilim olmuşdu "Məşədi İbad’da Soltan bəyi”, Bankir adaxlıda Zauru” oynayırdı. Çox dəqiq idi vaxtında gəlirdi məşqinə və tamaşsına. Heç vaxt səhnədə artıq söz artıq hərəkət etməzdi. Bilirsiniz belə bir söz var flan aktyor var idi biridə var ki, bu həyatdan bir aktyor keçdi məndə bu qısa açıqlamamın sonunda demək istərdim ki, burdan bir Fuad keçdi”
Mənbə:> AzNews.info