Rus Dram teatrının yaradıcı kollektivi II Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Mingəçevirdə “Yeddi gözəl” tamaşası ilə çıxış edib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Rus Dram teatrının yaradıcı kollektivi II Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Mingəçevirdə “Yeddi gözəl” tamaşası ilə çıxış edib

Rus Dram teatrının yaradıcı kollektivi II Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Mingəçevirdə “Yeddi gözəl” tamaşası ilə çıxış edib


AzNews.info xəbər verir ki, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yaradıcı kollektivi 20 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən II Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Mingəçevir Dövlət Dram teatrının səhnəsində Nizami Gəncəvinin “Yeddi gözəl” tamaşası ilə çıxış edib. Tamaşa mingəçevirli tamaşaçılar tərəfindən çox böyük maraqla qarşılanıb. Xatırladaq ki, “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalına 15 sentyabr 2016-cı il tarixindən start verilib. Tamaşanın sonunda Rus Dövlət Dram teatrının yaradıcı kollektivi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən II Şəki Beynəlxalq Teatr Festivalının xüsusi diplomu ilə təltif olunub.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *