“Qafqazda sülh istəyirik” » AzNews.info -Xəbər portalı

“Qafqazda sülh istəyirik”

“Qafqazda sülh istəyirik”


Gürcüstanın paytaxtı Tbilisidə Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrında N.Dumbadzenin “Didro” əsəri əsasında hazırlanmış tamaşa nümayiş olunub.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Qorunması Nazirliyinin “Qafqazda sülh istəyirik” birgə beynəlxalq layihəsi əsasında hazırlanan tamaşada rolları Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının və Heydər Əliyev adına Tbilisi Dövlət Dram Teatrının aktyorları ifa ediblər.

Dəlixanada iki xəstənin həyatından, müharibənin acı nəticələrindən bəhs olunan tamaşa böyük maraqla qarşılanıb.

Xüsusi ilə də sonda azərbaycanlı və gürcü aktyorların əl-ələ verərək söylədikləri “Qafqazda sülh istəyirik” şüarı tamaşaçılar tərəfindən ayaq üstə alqışlanıb.

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev bildirib ki, tamaşanın premyerası Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası çərçivəsində fevralın 26-da Bakıda gürcü aktyorların iştirakı ilə keçirilib. Elə o zaman tamaşanın Tbilisidə də nümayiş etdirilməsi barədə qərar qəbul olunub.

“Qafqazda sülh istəyirik” layihəsi çərçivəsində hazırlanmış bu tamaşanın əsas məqsədi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasına köməklik göstərməkdir. Azərbaycanın və Gürcüstanın mədəniyyət və teatr xadimləri də bu istiqamətdə ilk addımlarını atdılar”, - deyə İ.Priyev vurğulayıb.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *