“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının keçirilməsi barədə » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının keçirilməsi barədə

“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının keçirilməsi barədə


AzNews.info xəbər verir ki, «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət proqramı çərçivəsində 15-24 sentyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri ilə birgə “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcəkdir.

Üç məkanı – Bakı, Şəki, Mingəçevir şəhərlərini əhatə edən festivalda Azərbaycandan Milli Akademik Dram Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Azərbaycan Dövlət Kukla teatrının, Rusiyadan “Трикстер” Teatrının, Ukraynadan “Прекрасные цветы”, Gürcüstandan S.Axmeteli adına Tbilisi Dövlət Dram Teatrının, N.Dombadze adına Professional Dövlət Gənclər Teatrının, İrandan “Neqab” Teatrının, Birləşmiş Ərəb Əmirliyindən Dubay Bələdiyyə Teatrının, Türkiyədən İstanbul Bələdiyyəsi Şəhər Teatrının, Gəncə Dövlət Dram Teatrının, Şəki Dövlət Dram Teatrının çıxışları planlaşdırılmışdır.

Festival çərçivəsində Azərbaycan milli peşəkarlar teatrının 144-cü mövsümünün açılış mərasimi keçiriləcək, Şəki teatrının foyesində səyyar təsviri sənət sərgisi nümayiş olunacaqdır. Sentyabr ayının 16-da TÜRKSOY-a üzv ölkələrinin Teatr Rəhbərləri Şurasının 5-ci toplantısı keçiriləcəkdir.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *