Musiqili Teatrının baş baletmeysteri mükafatlandırılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Musiqili Teatrının baş baletmeysteri mükafatlandırılıb

Musiqili Teatrının baş baletmeysteri mükafatlandırılıb


Azərbaycan Dövlət Musiqili Teatrının baş baletmeysteri Zakir Ağayev 60 illik yubileyi münasibətilə və mədəniyyət sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

AzNews.info xəbər verir ki, Zakir İsmayıl oğlu Ağayev 1956-cı ildə Bakıda anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında rəqqas kimi fəaliyyətə başlayıb. 1994-cü ildə Rusiya Dövlət Teatr Sənəti Akademiyasının baletmeyster fakültəsini bitirib. 1990-cı ildən 2000-ci ilədək Bakı Xoreoqrafiya Məktəbində “Dünya xalq rəqsləri” və “Azərbaycan rəqsləri” fənnlərindən dərs deyib. Moskvada keçirilən XII Ümumdünya Tələbə və Gənclər Festivalının diplomantı (1985) olub.

Təşəbbüskar müəllim, istedadlı rəqqas kimi milli rəqslərimizin təbliğində xidmətlər göstərib. Xoreoqrafiya üzrə nəzəri və praktiki elmi-tədqiqat işlərinin müəllifidir. 1997-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında baş baletmeyster işləyən Zakir Ağayev teatrın cari repertuarında olan bütün tamaşalarda rəqslərin quruluşçusudur.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *