Şuşa Dövlət Musiqili Dram Teatrı 143–cü Teatr Mövsümünü “Solğun çiçəklər” tamaşası ilə açacaqdır
AzNews.info xəbər verir ki, Şuşa Dövlət Musiqili Dram Teatrı sentyabr ayının 20–də saat – 17:oo–da “Azərsun Holdinq” Mədəniyyət Mərkəzində (H.Əliyev prospekti – 92 a) 143–cü Teatr Mövsümünü, görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşası ilə açacaqdır.
Tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar Artist Azad Məmmədovdur. Rollarda Rasəf Mehdiyev (Bəhram), Dürdanə Dünyamalıyeva (Sara), Xanirə İsgəndərova (Gülnisə), Vüsalə Məmmədzadə (Pəri), Zahid Mehdiyev (Əbdül) iştirak edirlər.
Mənbə:> AzNews.info