Füzuli Dövlət Dram Teatrı XXVIII mövsümünü "Olmadı elə, oldu belə” əsəri ilə açdı
AzNews.info xəbər verir ki, Füzuli Dövlət Dram Teatrı XXVIII mövsümünü 16 sentyabr 2016-cı il tarixində Ş.Qurbanovun "Olmadı elə, oldu belə” əsəri ilə açdı.
Tamaşa "N” saylı hərbi hissənin əsgər və zabitlərinə təqdim olunub.
Tamaşanın quruluşçu rejissoru Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Sehran Xanlarov, Qaçaq Qarayev, Məryəm Məmmədova, İntizar Quliyeva, Vaqif Rəhimov, Fatimə Səfərəliyeva, Elşən Gözəlov, Aygün Cəfərova, Vüqar Babayev və başqaları çıxış edir.
Tamaşa qonaqlar tərəfindən böyük maraqla qarşılandı.
Mənbə:> AzNews.info