İsveçdə böyük şiə məscidinə od vuruldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

İsveçdə böyük şiə məscidinə od vuruldu

İsveçdə böyük şiə məscidinə od vuruldu

İsveçin paytaxtı Stokholmun şimalında 3500 kvadratmetr ərazisi olan şiə məscidində yanğın baş verib.

Virtualaz.org-un məlumatına görə, polisin nümayəndəsi Lars Bistrem bildirib ki, hadisə ilə bağlı məlumat bazar günü axşam saat 23.16-da daxil olub. O, məscidin çöl tərəfdən yandırıldığını ehtimal edir.

Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.

O da vurğulanır ki, məscidin binasında üç mindən çox kitabın olduğu kitabxana var. Məscidin nümayəndəsi Aki Zahirinin sözlərinə görə, həmin kitabların 30-35 faizi korlanıb.

Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *