Yanğın zamanı xəsarət alanların qanında karboksiqemoqlobin aşkarlanıb
Bakıda yaşayış binasında baş verən yanğınla bağlı xəsarət alaraq hospitalizə olunmuş şəxslərin qanları Səhiyyə Nazirliyinin Referens-laboratoriyasında qanları müayinə olunub.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, müayinələr zamanı xəsarət alanlara natamam yanma məhsullarından zəhərlənmə diaqnozu qoyulub. Orta və ağır dərəcə dəm qazından zəhərlənmə nəticəsində xəsarət alanların qanlarında karboksiqemoqlobin aşkarlanıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli