Bakıda oğlan məscidin həyətində damarlarını doğradı
Bakıda 22 yaşlı oğlan özünü öldürmək istəyib.
AzNews.info qafqazinfo-ya istinadən bildirir ki, hadisə Suraxanı rayonu, Zığ qəsəbəsində bir neçə gün öncə baş verib.
Qəsəbə sakini, ruhi xəstə olan 1993-cü il təvəllüdlü A.Y məscidin həyətinə gələrək orada intihar məqsədi ilə sol qolunun bilək nahiyəsini bıçaqla kəsib.
A.Y yaralı vəziyyətdə 22 saylı Təcili Tibbi Yardım Stansiyasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.
Araşdırma aparılır.
Mənbə:> Qafqazinfo.az