Bakıda 17 yaşlı oğlan sevdiyi qıza görə özünü öldürmək istədi
Bakıda 17 yaşlı oğlan intihara cəhd edib.
AzNews.info-nun Lent.az-a istinadən məlumatına görə, hadisə metronun “Sahil” stansiyasının qarşısında, Bülbül küçəsində baş verib.
1998-ci il təvəllüdlü Əliyev Rauf Cəfər oğlu çoxlu dərman həbləri içərək özünü zəhərləyib.
O, təcili olaraq Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilib.
İlkin araşdırma nəticəsində məlum olub ki, 17 yaşlı oğlan bir müddət əvvəl sosial şəbəkədə bir qızla tanış olub. Onlar bir müddət görüşsələrdə sonradan münasibətləri pozulub.
Sevdiyi qızla ayrılığa dözə bilməyən R.Əliyev isə küçədə nümayişkəranə şəkildə həyatına qəsd edib.
Mənbə:> Lent.az