İsveçdə bıçaqla silahlanmış kişi mənzildə girov saxlayır
Bıçaqla silahlanmış kişi Stokholmun şimali-qərbində yerləşən Rinkebyu mikrorayonunda yerləşən mənzildə qadın və kiçik uşağı girov götürüb, İsveç qəzeti Aftonbladet məlumat yayıb.
“Hal-hazırda əsas məsələ kişini sakitləşdirməkdir”, - Stokholm polisinin nümayəndəsi Lars Bisterm nəşrə bildirib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, polis mənzildə olanlar haqqında heç bir məlumat vermir. Hadisə yerində 20-yə yaxın polis var.
Çoxsaylı mühacirlərin yaşadığı Rinkebyuda bıçaqla silahlanmış kişi barədə məlumat polisə 04.15-də (Bakı vaxtı ilə 07.15) çatdırılıb.
“Kişinin mənzilə aidiyyatı var, orada bir neçə nəfər var. Hadisə yerində vasitəçilər işləyir, biz hadisənin girovlarla əlaqədar olduğunu düşünmürük. Biz onunla əlaqə qurub nə istədiyini bilmək istəyirik”, polis nümayəndəsi Eva Nelson İsveçin SVT televiziyasına bildirib.
Mənbə:> Oxu.Az