Avstraliyada 2 nəfər girov götürüldü: Əməliyyat keçirilir
Odlu silahla silahlanmış naməlum kişi Avstraliyanın Melburn şəhərində kafelərin birində ən azı iki nəfəri girov saxlayıb, Daily Mail Australia məlumat yayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, yerli polisin məlumatına görə, hadisənin terror aktı olmasını ehtimal etməyə əsas yoxdur. İlkin məlumata əsasən, girovlar və onları girov götürən adamlar tanışdır.
Kafenin ərazisi mühasirəyə alınıb. Mütəxəssislər cinayətkar ilə danışıqlar aparır.
Mənbə:> Oxu.Az