İŞİD 200 yerli sakini girov götürdü

İŞİD terror qruplaşmasının üzvləri İraqın Qərbində Anbar əyalətində 200 yerli sakini girov götürüblər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, şəhər meri Ər-Ruta İmad Əhmədin sözlərinə görə, qaçırılan sakinlər bir neçə gün əvvəl terrorizmə qarşı keçirilən aksiyada iştirak ediblər.
Girovların taleyi haqda hələlik heç bir məlumat yoxdur.
Mənbə: Oxu.Az