Paytaxtda tanınmış cərrah faciəvi şəkildə ölüb – FOTO
Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
AzNews.info 1news.az-a istinadən xəbər verir ki, 38 yaşlı paytaxt sakini Rasim Həbibov dəm qazından zəhərlənərək ölüb. Hadisənin təfərrüatları araşdırılır.
Qeyd olunur ki, Rasim Həbibov tanınmış cərrah idi və Bakının məşhur klinikalarından birində işləyirdi.
Mərhumun üç övladı - bir oğlu və iki qızı qalıb.
Mənbə:> 1news.az