Ermənistan və Gürcüstanda xəstələnmək olmaz! » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə

Ermənistan və Gürcüstanda xəstələnmək olmaz!

Ermənistan və Gürcüstanda xəstələnmək olmaz!


Ermənistanda və Gürcüstanda xəstələnmək olmaz!

ANS PRESS-in məlumatına görə, International SOS təşkilatı ölkələrin səhiyyə sistemindəki vəziyyətin xəritəsini tərtib edib.

Xəritədə səhiyyə sisteminin bərbad olduğu ölkələrin adları yer alıb. Təşkilatın mütəxəssisləri inanırlar ki, onların xəritələri səyahətçilər üçün faydalı olacaq və səfərin hansı ölkədə real risk imkanını dəyərləndirməyə kömək edəcək.

Ermənistan və Gürcüstan ən pis səhiyyə sisteminə malik olan ölkələr siyahısındadır.

Təşkilat dünyanın bütün ölkələrini beş hissəyə bölüb. Xəritədə yer alan ölkələri və xəritəni təqdim edirik:

Qəhvəyi
Qəhvəyi rənglə inkişaf etmiş ölkələr qeyd edilib. Bu ölkələrin iri şəhərlərində keyfiyyətli tibbi xidmət almaq olar. Problemin ondadır ki, bu ölkədə daha uzaq şəhərlərdə və kəndlərdə səhiyyə demək olar inkişaf etməyib. Bu kateqoriyaya Rusiya, Çin, Hindistan, İran, Qazaxıstan və digər ölkələr yer alıb.

Yaşıl
Rahat və sakitcə xəstələnməyin mümkün olduğu ölkələr yaşıl rənglə qeyd edilib. Bu ölkələrdə tibbi xidmətin səviyyəsi çox yüksəkdir və beynəlxalq standartlara cavab verir. Bundan başqa, belə ölkələrdə infeksion xəstəliklərə yaxalanmaq riski çox aşağıdır. Bu kateqoriyaya Kanada, ABŞ, bir neçə Avropa ölkəsi, Avstraliya və Yaponiya daxildir.

Sarı
Orta riskli ölkələr sarı rənglə göstərilib. Burada beynəlxalq standartlara cavab verən klinikalar var, ancaq tibbi xidmətin yetərincə aşağı olduğu tibbi müəissələr də var. Həmçinin, burada içməli sudan infeksiyaya yoluxma riski də yüksəkdir. Bu kateqoriyaya Türkiyə, Səudiyyə Ərəbistanı, bir neçə Avropa ölkəsi, Tayland, Cənubi Koreya, eləcə də bəzi Latın Amerikası ölkələri var.

Narıncı
Yüksək riskli ölkələr narıncı rənglə göstərilib. Burada xidmətin səviyyəsi elə də yüksək deyil. Bəzi vacib dərmanları tapmaq çətindir, bəzən isə onları düzgün olmayan şəraitdə saxlayırlar. Bundan əlavə, belə ölkələrdə infeksiyaya yoluxma riski yetərincə yüksəkdir. Bu siyahıda Ermənistan, Gürcüstan, Belarus, Monqolustan, eləcə də bəzi Asiya və Afrika ölkələri yer alıb.

Qırmızı
Ekstremal riskli ölkələr bu rənglə göstərilib. Bu ölkələrdə normal klinikaların yoxluğu və ya yüksək qiymətlər tibbi yardım almağı mümkünsüz edir. Praktiki olaraq burada keyfiyyətli dərmanlar yoxdur, infeksiya isə həddindən artıq çoxdur. Bu siyahıya bəzi Afrika ölkələri, Şimali Koreya, Suriya, İraq və Əfqanıstan daxildir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *