Dünyada 63-cü yerdəyik » AzNews.info -Xəbər portalı

Dünyada 63-cü yerdəyik

Dünyada 63-cü yerdəyik


Azərbaycanda genişzolaqlı internet bağlantısının 2,5%-i saniyədə 10 meqabit və daha yüksəkdir.

AzNews.info-nun ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə BMT yanında Beynəlxalq Elektrorabit İttifaqı İTU-nun hesabatında bildirilir

Hesabata görə, bu bağlantılar provayder müqavilələrinin 17%-ni təşkil edir.

Azərbaycan 2013-cü ildə ev təsərrüfatlarının internetə qoşulması üzrə inkişaf etməkdə olan ölkələr sırasına daxil edilib və 23-cü yeri (51,5%) tutub. Cənubi Koreya 98,1%-lə birincidir.

İstifadəçi sayına görə Azərbaycan 63-cü yerdədir (58,7%) və İtaliyanı 0,2%-lə keçib. İslandiya 96,5%-lə birincidir. İnkişaf etməkdə olan ölkələr arasında Azərbaycan 24-cü, Bəhreyn birincidir - 90%.

Hesabatda bildirilir ki, 2017-ci ildə dünya əhalisinin 50%-i smartfon və planşet vasitəsilə internet istifadəçisi olacaq. Afrikanın bəzi ölkələri isə prosesdən kənar qala bilər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *