“Baku Medical Plaza”da insanları çapıb talayırlar
Təbii ki, bu problemlərdən söz açılanda ilk olaraq gündəmə olaylara təsir edəcək və nəzarət etməli olan səlahiyyətli hökumət strukturları gəlir. Təbii ki, özəl klinikalardakı nöqsanlardan söhbət gedirsə, Səhiyyə Nazirliyinin bu məsələlər müdaxiləsi qaçılmazdır.
Keçək mətləbə.
Bu günlərdə mətbuatda “Baku Medical Plaza” Tibbi Klinikada vətəndaşlara göstərilən tibbi xidmətin qiymətlərinin kəllə-çarxa çıxması ilə bağlı daxil olan şikayətlər barədə məlumat dərc olundu. Məlumatda qeyd olunur ki, klinikada xanım pasiyentlərin həyat yoldaşının doğuşda iştirakına və film, foto çəkilişlərinə gğrə, 200 manat qarşılığında icazə verilməsi, kənardan fotoqraf gətirilməsinin qadağan olunması və paketdən xaric yatış gününün 100 manatdır.
AZXEBER.COM olaraq, “Baku Medical Plaza”da vətəndaşlara göstərilən tibbi xidmətin qiymətlərinin kəllə-çarxa çıxması ilə bağlı daxil olan şikayətləri nəzərə alaraq, klinika ilə əlaqə saxladıq.
Klinikadan telefonumuza cavab verən tibb ocağının işçisi hansı məsələ ilə əlaqədar müraciət etdiyimizi dəqiqləşdirdikdən sonra, bizi məsul şəxsə yönləndirəcəyini bildirdi. Ancaq uzun müddət telefon xəttində gözləməyimizə baxmayaraq, “Baku Medical Plaza” nümayənədələri suallarımızı cavablandırmaq istəmədilər.
“Baku Medical Plaza”nın internet səhifəsinə nəzər saldıq. Qeyd edək ki, tibb ocağının internet shifəsində əhaliyə təqdim edilən tibbi xidmətlərin tarif qaydaları, tibbi xidmətin qiymətləri barədə hər hansı məlumata rast gəlmədik.
Sözügedən məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli ilə də əlaqə saxladıq. Amma A.Qədirli gün ərzində etdiyimiz telefon zənglərimizə cavab vermədi.
Ozal İbrahimli
Mənbə:> AZXEBER.COM