Azərbaycanda internet qiymətləri enəcəkmi? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda internet qiymətləri enəcəkmi? - Müsahibə

Azərbaycanda internet qiymətləri enəcəkmi?

Bu problemlər nə zaman aradan qaldırılacaq? Bu barədə hansı tədbirlər görülür? Ümumiyyətlə, internetin tarif qiymətlərində endirimlər olacaqmı?

AZXEBER.COM olaraq suallarımıza cavab tapmaq üçün, Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirovla danışdıq.

- Müşfiq bəy, vətəndaşlar daha çox internetin surətinin zəif olmasından, keyfiyyətli xidmətin olmamasından şikayətlənirlər. Bu nə ilə bağlıdır?

- Biz hazırda geniş bir layihə üzərində çalışırıq. Layihəmiz başa çatdıqdan sonra problemləri aradan qaldırmaq üçün bütün qüvvəmizlə çalışacağıq. Qısa bir müddət sonra, əminəm ki, hər şey daha yaxşı olacaq.

- Ümumiyyətlə, bu yaranan problemlərə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən baxılırmı? Şikayətlər nəzərə alınırmı?

- Əlbəttə baxılır. Yadınızdadırsa, bir müddət əvvəl də bu cür şikayətlərlə rastlaşırdıq. Və artıq özünüz də görürsünüz, uzun müddətdir ki, internetin dəyərini saxlamaqla surətdə də artım müşahidə olunur. Digər fəsadları da aradan qaldırmaq üçün müəyyən tədbirlər görülür.

- İnternetin tarif qiymətləri düşəcəkmi?

- Bu işdə məsul Tarif Şurasıdır və hələlik bu barədə heç bir məlumat yoxdur.


Ozal İbrahimli,
AZXEBER.COM

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *