Böyük ölkələr toplandı
Dünyanın inkişaf etmiş iqtisadiyyatına malik 20 ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri qlobal iqtisadi artıma dəstək vermək, koordinal addımlar atmaq və s. mühüm məsələləri müzakirə etmək üçün İstanbula toplaşıb.
ANS PRESS-in məlumatına görə, hazırda G-20-yə rəhbərlik edən Türkiyə baş nazirinin müavini Əli Babacan deyib ki, o, ölkələrin icbari olmayan milli investisiya hədəflərini müəyyən edəcəklərinə ümidvardır.
Onun sözlərinə görə, bizim üçün vacib olan sərmayənin önəmi barədə mesajlarımızı dünya ictimaiyyətinə çatdırmaqdır. Hətta dövlət resursları olmadan biz onların maliyyələşdirilməsi yollarına nəzər salmalıyıq.
Nüfuzlu beynəlxalq iqtisadi təşkilatları bildirib ki, inkişaf etmiş ölkələrin hökumətləri əvvəlcədən razılaşdırılmış siyasətlərin tətbiqi üçün lazımi addımlar atmır, tədbirlər görmürlər.
Mənbə:> ANSPRESS