Azərbaycanda 5 qızın meyiti tapıldı – YENİLƏNİB
Bu gün Xırdalan şəhərində kirayə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb.
AzNews.info xəbər verir ki, “Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ölənlərdən ikisi Bakı Humanitar Kollecinin tələbəsidir.
Mələk Abbasova və Turanə Xalıyeva adlı qızlar 2ci kursda təhsil alırmışlar. Mələyin 17 yaşı olub. Digər ölənlərin isə tələbələrin qohumları olduğu deyilir.
12:54
Bu gün Xırdalan şəhərində dəhşətli hadisə baş verib.
Oxu.Az xəbər verir ki, Abşeron rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, Xırdalan şəhərində kirayə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb.
Onların hamısı tələbədir.
Abşeron rayon Polis İdarəsinin rəisi və prokuror da daxil olmaqla hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Mənbə:> Lent.az