Paytaxt sakini dəm qazının qurbanı olub
Martın 7-də Səbail rayonu ərazisində yaşayan Gülnarə Həşimova dəm qazından zəhərlənərək ölüb.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, G.Həşimova evinin hamamında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.az