Somalidə 110 nəfər acından ölüb
Somalinin quraqlıq müşahidə olunan regionunda son 48 saat ərzində ən azı 110 nəfər acından ölüb.
AzNews.info xəbər verir ki, “Report” “Associated Press”ə istinadən məlumatına görə, bu barədə ölkənin baş naziri Həsən Əli Hayre məlumat yayıb.
Bu, ölkədə çərşənbə axşamı milli fəlakətin elan olunmasından sonra ölənlər barədə açıqlanan ilk məlumatdır. Baş nazir təkcə ölkənin Bay regionu üzrə ölənlərin statistikasını açıqlayıb.
Mənbə:> Report