Dubayda acından ölənlər
Dubayda Cənubi Asiyadan olan yüzlərlə miqrant fəhlə onlara iş vermiş tikinti şirkəti ilə maaş mübahisəsinə görə oturaq etiraz aksiyası keçiriblər.
ANS PRESS-in məlumatına görə, Dubay üçün nadir olan bu hadisənin görüntüləri sosial mediada yayılıb.
Etirazda iştirak edən fəhlələrin əksəriyyəti ayda 90 dollar maaş alır. Onlar mərkəzi Dubayda “Fəvvarələr meydanı”nın tikintisində iştirak edirlər.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində ictimai etiraz aksiyaları qadağandır və bu aksiyanın keçşirildiyi yerə iğtişaş polisinin birləşmələri gətirilib. Buna baxmayaraq şəhərin əsas yollarından birini bağlamış fəhlələrin aksiyası zorakılıqsız başa çatıb və heç kəs həbs olunmayıb. Hökumət mübahisənin danışıqlar yolu ilə həllini tapdığını bildirib.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərində minlərlə miqrant işçinin əməyi istismar edilir.
Mənbə:> ANSPRESS