Somalidə otel qarşısında partlayış
Somalinin paytaxtında ən məşhur otellərdən birinin qarşısında avtomobilə yerləşdirilmiş bombanın partlaması tələfata səbəb olub.
ANS PRESS-in məlumatına görə, ölənlərin sayı barədə hələlik dəqiq məlumat verilmir.
Partlayış Moqadişu hava limanı yaxınlığındakı tez-tez parlament üzvlər, diplomatlar və xarici jurnalistlərin istifadə etdiyi “Cəzirə” otelini hədəf alıb.
Şahidlər bildirib ki, partlayıcılarla dola avtomobil hotelin giriş qapısının önündə partladılıb. Binanın bir tərəfi tamamilə dağılıb və insanların dağıntılar altında qaldığı ehtimal olunur. Hazırda hadisə yerində xilasedicilər çalışır.
Mənbə:> ANSPRESS