Somalidə Türkiyə səfirliyini partlatdılar
Somalinin paytaxtında Moqadişoda güclü partlayış baş verib.
Oxu.Az Vesti-yə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, Türkiyə səfirliyinin yanında avtomobildə kamekadze özünü partladıb. Bundan sonra hadisə yerində atışma başlayıb.
Hücum Birləşmiş Ərəb Əmirliklərinin diplomatlarına yönəlib, onlar Türkiyə səfirliyində olublar.
Xəbər verildiyi kimi, partlayış nəticəsində altı hərbçi yaralanıb. Terrorçuların hədəfi olduğu ehtimal edilən BƏƏ səfiri sağ qalıb.
Somali paytaxtının polisindən bildiriblər ki, yeddi nəfər yaralanıb. Yerli sakinlər daxil olmaqla üç nəfər həlak olub.
“Kamekadzenin olduğu avtomobil hərbi avtomobilə çırpılıb. Üç nəfər həlak olub, yeddi nəfəri xəstəxanaya çatdırıblar”, - Reuters agentliyinə polis zabiti Fərəh Abdikadır xəbər verib.
Mənbə:> Oxu.Az