Suriyada silsilə partlayışlar: Ölənlər var » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

Suriyada silsilə partlayışlar: Ölənlər var

Suriyada silsilə partlayışlar: Ölənlər var


Suriyanın iri şəhərlərində silsilə partlayışlar olub.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin dövlət KİV-i məlumat yayıb.

“Khaleejtimes” verdiyi məlumata görə, 18 nəfər ölüb, 45 nəfər müxtəlif xəsarətlər alıb.

Yerli KİV-in məlumatına görə, Arzuna körpüsünün yaxınlığında iki partlayış olub.

“France-Press”in bildirdiyinə görə, orada maşında qoyulmuş bomba partlayıb. Daha sonra partlayışdan zərər çəkənlərə yardım etməyə insanlar toplaşıb, bu zaman terrorçu-kamikadze özünü partladıb.

Üçüncü partlayış Dəməşqin qərbində baş verib. Homs şəhərində də içində bomba olan avtomobilin partladığı ehtimal edilir. “Assoşieyted Press” Əl-Hasaka şəhərində də partlayışın baş verdiyi barədə məlumat yayıb.

Suriyanın İnsan haqlarının müdafiəsi mərkəzinin məlumatına görə, daha bir partlayış ölkənin şimali-şərqində Əl-Kamışlı şəhərində baş verib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *