Yol polisindən tıxaclara qarşı mübarizə – VİDEO
Bakının Səbail rayonu 160 nömrəli məktəbin qarşısındakı avtomobil sıxlığına son qoyulub.
Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçilərindən biri video paylaşıb.
Belə ki, məktəbin qarşısında Dövlət Yol Polisi əməkdaşları avtomobil saxlamasına icazə vermir. Bütün avtomobilləri yaxınlıqdakı dayanacaqlara göndərirlər. Bu da həm şagirdlərin, həm də valideynlərin rahat hərəkət edə bilməsinə imkan yaradır.
Mənbə:> Oxu.az