İtkin düşən şagirdlərin direktoru danışdı » AzNews.info -Xəbər portalı

İtkin düşən şagirdlərin direktoru danışdı

[img][center]İtkin düşən şagirdlərin direktoru danışdı
[/img][/center]

Fevralın 17-də Bakının Nizami rayonu ərazisində itkin düşən 11 yaşlı iki şagird - Şamil Babayev və İsmayıl Şəfiyevin təhsil aldıqları orta məktəbin direktoru hadisə barədə danışıb.

AzNews.info xəbər verir ki, Trend-ə açıqlama verən Nizami rayonu 32 saylı orta məktəbin direktoru Sevda Abdullayeva faktı təsdiqləyib.

Məktəb direktoru bildirib ki, hadisə fevralın 17-də günorta saatlarında baş verib. Məktəbin 5-ci sinif şagirdləri Ş.Babayev və İ.Şəfiyev dərsdən çıxıb evlərinə yola salınıb. Lakin şagirdlər evlərinə getməyiblər.

Şagirdlərin dərsdən sonra valideynlərinə təhvil verilməsi məsələsinə münasibət bildirən S.Abdullayeva bildirib:

“Həmin şagirdlər həmişə məktəbə özləri gəlib, özləri gediblər. Onları heç vaxt valideynləri məktəbdən götürməyib. Bu barədə valideynləri polisə izahatlarında da qeyd ediblər”.

Direktor qeyd edib ki, hazırda polis şagirdlərin axtarışına başlayıb və onların gedəcəyi ehtimal edilən ərazilərlə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, fevralın 17-də Bakının Nizami rayonu, 32 saylı orta məktəbin iki şagirdi - Şamil Babayev və İsmayıl Şəfiyev yaşadıqları mənzillərdən orta məktəbə getmək adı ilə çıxıb və geri qayıtmayıblar.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *