4 şagirdi intihar edən məktəblə bağlı qərar verildi
İdarədən virtualaz.org saytının sorğusunu cavablandırarkən bildiriblər ki, hazırda intihar hadisələri ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq aparılır.
Aparılan istintaq-ekspertiza tədbirləri nəticəsində müəyyən edilib ki, şagirdlərin intihar etmə səbəbləri onların təhsil aldıqları məktəbin fəaliyyəti ilə bağlı deyil.
Şagirdlərin intiharı ilə bağlı idarə də araşdırma aparıb. Belə ki, idarənin əməkdaşları hadisənin səbəblərinin aydınlaşdırılması üçün təhsil müəssisəsinin rəhbərliyi və kollektivi ilə görüşüb. Görüşdən sonra valideyn və şagirdlərlə psixoloji iş aparılması qərara alınıb.
Ülviyyə
Mənbə:> Virtualaz.org