Bakıda MTN-in polkovniki intihar etdi
Bu gün Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən çoxmərtəbəli binadan özünü ataraq faciəli şəkildə dünyasını dəyişən şəxsin MTN-in zabiti olduğu məlum olub.
AzNews.info xəbər verir ki, Nərimanov Rayon Prokurorluğundan virtualaz.org saytına bildiriblər ki, ölən şəxs MTN-in polkovnik-leytenant rütbəli zabiti Azər Əliyevdir.
Hazırda araşdırma aparılır və xüsusi xidmət zabitinin ölümünün təfərrüatları aydınlaşdırılır.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb və araşdırma aparılır.
Mənbə:> Virtualaz.org