Bakı məktəbində bayrağımıza qarşı hörmətsizlik
Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 275 nömrəli tam orta məktəbin həyətinə vurulan löhvədə dövlət bayrağının rəngi düzgün göstərilməyib. Bayrağın aşağı zolağı yaşıl əvəzinə qara rənglə boyanıb. Bu isə şagirdlərin çaşqınlığına səbəb olur.
Məsələ ilə bağlı təhsil ocağının direktoru Elmira İsmayılova deyib ki, məktəbin həyətində olan löhvəyə vurulan bayraq təmir zamanı Bakı şəhər Mənzil Kommunal Təssərrüfat Birliyi tərəfindən verilib. Hətta bayrağın rəngi ilə bağlı bir neçə valideyn məktəbə şikayət də edib.
Amma Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin mühəndisi Razim Həsənov bildirib ki, departament tərəfindən adıçəkilən məktəbə bayraq verilməyib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə faktın araşdırılacağı və problemin tezliklə aradan qaldırılacağı bildirilib.
Mənbə:> Virtualaz.org