Ramil Usubov yol polislərini yenidən sıraya düzür
Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidmətinin əməkdaşlarının sıra baxışını keçirəcək.
Aznews.info xəbər verir ki, Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sıra baxışı Çevik-Polis Alayının mərasim zalında baş tutacaq.
Nazir DYP əməkdaşlarının fiziki hazırlığına diqqət yetirəcək, daha sonra onlara vətəndaşlarla ünsiyyət zamanı, habelə xidmətin keyfiyyətinin daha da artırılması istiqamətində tapşırıqlar verəcək.
Mənbə:> Avtosfer.az