Ramil Usubov yol polislərini topladı
Əməliyyat müşavirəsi keçirilib.
Baş Dövlət Yol Polisi İdarəsində əməliyyat müşavirəsi keçirilib.
AZNews.info Report-a istinadən xəbər verir ki, 2015-ci ildə Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunan müşavirəyə daxili işlər naziri general-polkovnik Ramil Usubov rəhbərlik edib.
Müşavirədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun hesabatı dinlənilib. İdarə rəisi ötən il görülən işlər, həyata keçirilən tədbirlər, ölkədə yol hərəkəti təhlükəsizliyinin təmin olunması üçün atılan addımlar barədə məlumat verib.
İclasda 2016-ci ildə görüləcək işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Mənbə:> Report.az