Ramil Usubov Azərbaycanın bütün polis rəislərini Bakıya topladı
Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilir.
AzNews.info APA-ya istinadən xəbər verir ki, kollegiyada respublikanın bütün şəhər və rayonları üzrə idarə və bölmə rəisləri iştirak edirlər.
Kollegiya iclası mülkiyyət əleyhinə olan cinayətlər, cinayətkarlıqla mübarizə, axtarışda olanların tutulması, tədqiqatda olan cinayətlər və qarşıda duran vəzifələrə həsr olunub.
Kollegiyada həmçinin l Avropa Oyunları zamanı polisin üzərinə düşən vəzifələr və həyata keçiriləcək təhlükəsizlik tədbirlərindən danışılacaq.
Mənbə:> APA