11 milyonluq radar cərimələri haqda rəsmi açıqlama » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

11 milyonluq radar cərimələri haqda rəsmi açıqlama

11 milyonluq radar cərimələri haqda rəsmi açıqlama


Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında ödənilməyən cərimələrlə bağlı müvafiq tapşırıqlar verilib. Bunu “Yeni Müsavat”a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Şöbə rəisi ödənilməyən cərimələrin ümumilikdə 11 milyon manat olması haqda yayılan məlumatların real olmadığını da deyib: “Kollegiya iclasında ödənilməyən cərimə məbləğlərinin ödətdirilməsinin təmin olunması ilə bağlı müvafiq tapşırıq verilib. Ödənməyən cərimə borcları 2 formadadır. Konkret qayda pozuntusu ilə bağlı elektron protokol yazılır, protokolda müvafiq cərimə məbləği də göstərilir. Amma müvafiq qərar çıxarılmayıb. Qərarın çıxarılmaması faktiki olaraq protokolun vətəndaşa təqdim edilməməsi ilə bağlı olur. Belədə qərar vermək mümkün olmur və müvafiq olaraq cərimənin ödənməsi də reallaşdırılmır. Belə hallar da var ki, protokol yazılıb, qərar çıxarılıb, amma vətəndaş cəriməni ödəməyib.

Ödənməyən cərimənin üzərinə dəbbə pulu da gəlir. Qərar çıxarılıbsa, vətəndaş həmin cəriməni ödəməlidir. Üstündən illər keçsə də, cərimə borc olaraq qalır. İnzibati xəta aşkarlanıbsa, protokolu vətəndaşa təqdim etmək mümkün olmayıbsa və müvafiq olaraq qərar çıxarılmayıbsa, həmin məbləğ də cərimə kimi hesaba alına bilər”.

K.Əliyev deyib ki, əgər vətəndaşı 1 il ərzində müəyyən edib protokolu ona təqdim etmək mümkün olmursa, bu halda inzibati xətaya xitam verilir: “Əgər protokol vətəndaşa təqdim olunursa və 10 gün müddətində cərimə ödənilmirsə, cərimənin üzərinə dəbbə pulu gəlir. 2 ay müddətinə cərimə ödənilmirsə, avtomobilin saxlanılaraq duracağa aparılması təmin edilir. 3 aya cərimə ödənilmirsə, vətəndaşın sürücülük hüququ məhdudlaşdırılır”.

K.Əliyev deyib ki, təkcə fiziki şəxslərlə bağlı deyil, hüquqi şəxslərlə bağlı da müvafiq göstəriş verilib:“Cənab nazir fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq əgər qayda pozubsa, məsuliyyətə cəlb olunması və çıxarılan qərar üzrə cərimənin ödənməsinin təmin edilməsi haqda göstəriş verib”.

Qeyd edək ki, aprelin 16-da Daxili İşlər Nazirliyində “Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi”nin və “I Avropa Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər”in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Mənbə: Qaynar.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *