`Heç kimə güzəşt etmirik` - Vaqif Əsədov
Bu barədə AzVision.az-a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, saxlanılan sürücülərin bəzilərində əvvəlcədən ödənilməyən cərimələrin də olduğu aşkar edilib:
“Saxlanılan nəqliyyat vasitələri arasında cərimə meydançasına aparılan avtomobillər də var. Necə olur ki, sürücülər pərdə, plyonka və jalüzlərin ləğv edilməsi vaxtını bilir, amma buna əməl etmirlər. Saxlanan zaman yenə müxtəlif bəhanələr irəli sürənlər var. Biz bu barədə KİV və sosial şəbəkələr vasitəsilə məlumat verdik. Amma yenə də şəhərdə pərdə, plyonka və jalüzlərlə avtomobil idarə edən sürücülər var. Bir daha bildirirəm ki, heç kimə güzəşt olunmadan konkret tədbirlər görüləcək.
Həmçinin şöbə rəisi bildirib ki, hal-hazırda cərimə meydançasında cərimələri vaxtında ödəmədiyi üçün saxlanılan 30-dan çox avtomobil var:
“Təxminən 30 faiz belə hallarla bağlı problem var. Biz törədilən xətalarla əlaqədar təyin edilmiş cərimə məbləğinin ödəməyənlərlə bağlı da reydlər keçiririk. Bəziləri onların adına yazılan cərimələrin məktub şəkilində evə gəlmədiyindən şikayət edir. Sürücünün üzərinə bir vəzifə düşür ki, özü bu barədə məlumat almalıdır. Bunun problemini özündə axtarsınlar. Sürüclərin eləsi var ki, şəxsiyyət vəsiqəsi ilə hazırda yaşadığı ünvan eyni deyil. Bu isə onların problemidir”.
Mənbə:> AzVision.az