Plyonka mövsümü bitdi
Bu gündən avtomibillərdə pərdə və plyonka mövsümü bitir. Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, standarta uyğun olaraq noyabrın 15-dən sonra maşınlarda gündən qoruyan vasitələrdən istifadəyə icazə verilməyəcək.
Sabahdan maşında plyonka və pərdə aşkarlanarsa ciddi tədbir görüləcək.
Qeyd edək ki, Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin verdiyi qərar əsasında, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq, bu ildən etibarən hər il 1 may tarixindən 15 noyabr tarixinədək avtomobillərdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.
Mənbə:> ANSPRESS