Nazirlik: "Bunu araşdırmaq mümkün deyil"
Bir neçə gün əvvəl sosial şəbəkədə növbəti qanunsuz edilmiş ov şəkli paylaşılıb. Şəkildə görünür ki, orta yaşlı bir adam əlində dovşan leşi tutub.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə saxladıq.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ANS PRESS-ə bildirdi ki, ölkə ərazisində ov mövsümü bu ilin mayın 31-dən etibarən açıqdır və vəhşi heyvanların ovlanması müddəti artıq müəyyənləşdirilib.
Müəyyənləşdirilmiş normada isə dovşanların ovlanmasına adambaşına 2 baş olmaqla bu ilin noyabrın 15-dən 2015-ci ilin yanvarın 9-a qədər olan müddətdə icazə verilib.
Baş verənlərlə bağlı isə İradə İbrahimova hər hansı tədbir görməyin çətin olacağını bildirib.
“Paylaşılan şəkildə ov edən şəxsə aid heç bir məlumat yoxdur, şəklin nə vaxt çəkildiyi də bilinmir. Ola bilsin ki, bu şəkil dovşan ovuna icazə verilən müddətdə çəkilmiş olsun. Biz Daxili İşlər Nazirliyinə sorğu göndərsək belə, həmin şəxsin müəyyən edilməsi, hadisənin araşdırılması, demək olar ki, mümkün deyil”, - deyə mətbuat xidmətinin rəhbəri əlavə edib.
Xatıraldaq ki, bir müddət əvvəl də Çingiz Hətəmov adlı şəxs qeyri-qanuni olaraq dələ öldürüb şəklini sosial şəbəkədə paylaşmışdı. Şəkil sosial şəbəkədə yayılandan sonra Bakı şəhər Baş Polis İdarəsi tezliklə həmin şəxsi saxlayıb. ETSN izahatı alandan sonra maksimum məbləğdə - 2000 manat cərimə edilmişdi.
Mənbə:> ANSPRESS