Ramil Usubov hərbi hissədə » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial

Ramil Usubov hərbi hissədə

Ramil Usubov hərbi hissədə


Bu gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ şəhərində yerləşən "N" saylı hərbi hissəsinə Döyüş Bayrağının təqdim olunmasına həsr edilmiş təntənəli mərasim keçirilib.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əvvəlcə daxili işlər nazirinin qarşılanması olub, nazir müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov general-polkovnik Ramil Usubova şəxsi heyətin mərasimə hazır olması barədə raport verib. Nazir şəxsi heyəti salamlayıb, əlamətdar hadisə münasibətilə onları təbrik edib.

Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasim açıq elan olunub.

Sonra daxili işlər naziri ölkə Prezidentinin müvafiq fərmanı ilə verilmiş Döyüş Bayrağını hərbi hissənin komandirinə təqdim edib. Azərbaycanın Dövlət himni səsləndirilib.

Nazir müavini-Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov çıxış edərək DQ-nin inkişafından və xüsusilə son illərdə əldə etdiyi uğurlardan danışıb. Diqqətə çatdırılıb ki, bu gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunları qarşısına qoyulmuş bütün tapşırıqları layiqincə yerinə yetirməyə qadir, yüksək döyüş hazırlığına, müasir maddi-texniki bazaya malik bir quruma çevrilib.

Daxili Qoşunların peşə və döyüş hazırlığının möhkəmləndirilməsi istiqamətində dövlət başçımızın, daxili işlər nazirinin əmr və göstərişlərinin mütəmadi olaraq həyata keçirildiyini qeyd edən komandan bildirib ki, bu xüsusi diqqət və qayğıya şəxsi heyət öz layiqli xidməti ilə cavab verəcək, Döyüş Bayrağını hünərlə, böyük fədakarlıqla qoruyacaq, dövlətimizə və xalqımıza həmişə sədaqətli olacaq.

O da vurğulanıb ki, hər bir azərbaycanlı üçün üçrəngli, ay-ulduzlu bayrağımız millətimizin, dövlətimizin qürur mənbəyi olduğu kimi, Döyüş Bayrağı da hərbi qulluqçu üçün şərəf, vicdan və hünər rəmzidir. Döyüş Bayrağına ehtiramla yanaşmaq, ona hörmət göstərmək hər bir hərbi qulluqçunun müqəddəs vəzifəsi və borcudur.

Sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *