Qarlı havada baş verən qəzaların sayı açıqlandı
Ötən gün respublika ərazisində 13 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AzNews.info-nun məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev AzərTAc-a bildirib ki, hadisələr nəticəsində 3 nəfər ölüb, 21 nəfər yaralanıb.
Qəzaların 10-u Bakı şəhərində qeydə alınıb. Bakıda hava şəraiti ilə əlaqədar ölüm hadisəsi dünən saat 23:50 radələrində Qaradağ rayonu ərazisində Xocahəsən yolunda baş verib.
Minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 1 nəfər ölüb. Beyləqan rayonu ərazisində sürüşmə nəticəsində avtomobil aşıb və bir nəfər həmin hadisə zamanı həlak olub. Bir piyadavurma hadisəsi isə Ucar rayonunda olub. Bu qəza hava şəraiti ilə bağlı deyil.
K.Əliyev sürücü və piyadaları təhlükəli, qarlı və buzlu yollarda hərəkət edərkən diqqətli olmağa çağırıb: “Ümid edirik ki, bugünkü gündə sürücülərimiz bizim tövsiyələrə ciddi yanaşarlar”.
Mənbə:> AzərTAc