Toy karvanlarında 4 qəza, 2 ölüm faktı qeydə alınıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Toy karvanlarında 4 qəza, 2 ölüm faktı qeydə alınıb – VİDEO

Toy karvanlarında 4 qəza, 2 ölüm faktı qeydə alınıb


Cari ildə toy karvanlarında iştirak edən sürücülərin qaydaları pozması nəticəsində 4 nəqliyyat hadisəsi baş verib. Bu qəzalar nəticəsində iki nəfər dünyasını dəyişib. Dünyasını dəyişənlərdən biri yolu keçmək istəyən piyada olub.

Bu səbəbdən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi sürücüləri daha da ehtiyatlı olmağa çağırıb. Yol polisi əməkdaşları tərəfindən toy karvanının necə hərəkət etməsilə bağlı paytaxt ərazisində müşahidələr aparılacaq, onların hərəkəti, həmçinin yollarda quraşdırılan nəzarət-müşahidə kameraları vasitəsilə izlənəcək.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov deyir ki, əməkdaşlarımız tərəfindən toy karvanda iştirak edən sürücülər yol-nəqliyyat qaydalarının pozarlarsa, dərhal saxlanılacqlar.

Bəy-gəlin cütlüklərini müşayiət edən “toy karvanları”nın hərəkəti zamanı yolun hərəkət zolaqlarının bütünlüklə tutulmaları. Eyni zamanda işıqforun qırmızı işığında dayanmadan hərəkət etmələri. Eləcə də yol ayrıclarının keçmə qaydalarının pozulması, yol boyu fasiləsiz səs siqnallarından istifadə edilməsi bu və digər qayda pozuntuları insanlar üçün problem yaradır. Bu səbəbdən sürücülər yollarda hərəkət edən zaman diqqətli olmalıdılar.

“Toy karvanında avtomobilin sürücüsü dövlət nömrə nişanları olmadan hərəkət etməsi faktı aşkarlanarsa, həmçinin bəy-gəlin cütlükləri hərəkəti üçün bəzədilmiş avtomobilin dövlət nömrə nişanlarının gizlədilməsi, və ya dövlət nömrə nişanın yerinə hər hansı bir sözü yazılarsa təbii ki, bu qanun pozulmasıdır”, – deyə Vaqif Əsədov qeyd edib.

Şöbə rəisi bir daha toy sahibi olan və toya gedən avtomobil sürücülərinə yol-hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələrini tövsiyə edib.



Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *