Qobustanda qəza: 3 nəfər ölüb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal, Avto

Qobustanda qəza: 3 nəfər ölüb

Qobustanda qəza: 3 nəfər ölüb


Bakı-Şamaxı yolunda 3 nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.info APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 11:30 radələrində Qobustan rayonu ərazisində qeydə alınıb.

“KamAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bir nəfər isə xəsarət alaraq Qobustan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *